MÜSAHİBƏ

24 Mart

Qazaxıstanın Azərbaycana investisiyalarıda artım

Finss.az - Ötən il Qazaxıstanın Azərbaycan iqtisadiyyatına cəlb etdiyi birbaşa xarici investisiyaların həcmi 14,8 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankından əldə edilən məlumatlara görə, bu göstərici 2023-cü ilə nisbətən 23,6% artaraq, 2,830 milyon ABŞ dolları daha çox olub.

Hesabat ilində Azərbaycana cəlb olunan birbaşa xarici investisiyaların ümumi həcmində Qazaxıstandan gələn investisiyaların payı 0,2%-i təşkil edib. Eyni zamanda, Azərbaycan ötən il Qazaxıstan iqtisadiyyatına 9,634 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü il ilə müqayisədə 36,9% və ya 2,598 milyon ABŞ dolları çoxdur. Azərbaycan tərəfindən Qazaxıstana qoyulan investisiyaların ümumi birbaşa xarici investisiyalar içindəki payı isə 0,5%-dir.

Qeyd edək ki, 2023-cü ildə Qazaxıstandan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 11,970 milyon ABŞ dolları, Azərbaycandan Qazaxıstana isə 7,036 milyon ABŞ dolları olub.

2024-cü ildə Azərbaycan iqtisadiyyatına daxil olan birbaşa xarici investisiyaların ümumi həcmi 7,046 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artımı göstərir. Lakin, hesabat ili ərzində Azərbaycandan xarici ölkələrə yönəldilən birbaşa xarici investisiyaların həcmi 1,762 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ilə nisbətən 43,3% azalma deməkdir.

Bu məlumatlar Azərbaycan-Qazaxıstan iqtisadi əlaqələrinin möhkəmləndiyini və qarşılıqlı investisiya axınının artığını göstərir.