MÜSAHİBƏ

19 Mart

IEA qlobal neft tələbatı proqnozunu azaldıb

Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üçün gündəlik qlobal neft tələbatının artım tempi üzrə proqnozunu azaldıb.

Bu barədə Finss.az Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.

2025-ci ildə gündəlik qlobal neft tələbatının artımı 2024-cü ildəki 830 min barellə müqayisədə orta hesabla 1 milyon barel təşkil edəcək. Bu, əvvəlki proqnozdan 100 min barel azaldılmış bir göstəricidir. Beləliklə, 2025-ci ildə qlobal neft tələbatı 103,9 milyon barel olacaq.

Hesabatda qeyd edilib ki, artım tempi üzrə bu proqnozun azaldılması əsasən qeyri-müəyyən makroiqtisadi perspektivlər fonunda həyata keçirilib. Bu, dünya iqtisadiyyatında yaşanacaq dəyişikliklər və qlobal bazarlarda baş verə biləcək təlatümlərlə bağlı artan qeyri-müəyyənliyi nəzərə alaraq aparılıb.