Finss.az - 6 mart 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BANK RESPUBLİKA" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Qeyd olunan AZ2007002887 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 13.03.2025-ci il tarixində yekunlaşıb.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
Qeyd: İstiqrazlar subardinasiya borc şəklində, 8 illik tədavül müddətilə buraxılır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“BANK RESPUBLİKA" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2007002887 |
|
İstiqraqzların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Rəqabətli |
|
İstiqrazların sayı |
5,000 (ədəd) |
|
İlkin ticarət qiyməti |
1,000 ABŞ Dolları |
|
Buraxılış həcmi |
5,000,000 ABŞ Dolları |
|
İllik gəlirlilik faizi |
8.5% |
|
Ödəmə periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə) |
|
Tədavül müddəti |
8 il |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
5,000,000 ABŞ Dolları |
|
Reallaşdırılmış həcm |
5,000,000 ABŞ Dolları |
|
Minimal qiymət |
1,000.0000 (8.5%) ABŞ Dolları |
|
Maksimal qiymət |
1,001.0000 (8.48%) ABŞ Dolları |
|
Ehtimal olunan kəsmə qiymət* |
1,000.0000 (8.5%) ABŞ Dolları |
|
Ortaçəkili qiymət |
1,000.0100 (8.50%) ABŞ Dolları |
|
İnvestor sayı |
62 |
|
Sifariş sayı |
62 |
|
Anderrayter |
“ABB-İnvest İ.Ş.” QSC |
