2024-cü ildə Azərbaycanda Ani Ödəniş Sistemi (AÖS) ilə icra edilən əməliyyatların sayı 801 min ədəd, həcmi isə 1,373 milyard manat olub.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
2023-cü illə müqayisədə AÖS əməliyyatlarının sayı 213,4 min ədəd (36,3%) artıb, əməliyyatların həcmi isə 273 milyon manat (30,2%) yüksəlib. 2023-cü ildə bu göstəricilər müvafiq olaraq 587,6 min ədəd və 1,1 milyard manat idi.
2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyasında AÖS-ün Milli Ödəniş Sistemindəki payının artırılması və geniş tətbiqinin təşviqi əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda Milli ödəniş sisteminin əsas komponentləri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 760,2 milyard manat, ödənişlərin sayı isə 168,6 milyon ədəd olub.
Fuad Mədətov
Finss.az