2025-ci ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanılmış könüllü sığorta haqqlarının həcmi 140,6 milyon manat olub.
Finss.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 milyon manat və ya 18,9% çoxdur.
2024-cü ilin ilk ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanılmış könüllü sığorta haqqlarının həcmi 118,3 milyon manat olub.
Fuad Mədətov
Finss.az