MÜSAHİBƏ

05 Mart

Son 20 ildə ölkədə internet provayderlərin sayı 10 dəfə artıb

Ötən il Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərinin sayı 2,2 milyon nəfər təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) ötən ilin yekunlarına dair hesabatında qeyd olunub.

Məlumata görə, ötən il Azərbaycanda fəaliyyət göstərən operator və provayderlərin sayı 168-ə çatıb. Bu da 20 il öncə ilə müqayisədə 158 yeni şirkətin telekommunikasiya bazarına daxil olması deməkdir.

Fuad Mədətov
Finss.az