MÜSAHİBƏ

27 Fevral

Son 10 ildə Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərin ümumi həcmi artıb - CƏDVƏL

Ötən il Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi 411 min ton olub.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 54 min ton və ya 15%, son 10 ilin göstəriciləri ilə müqayisədə isə 282 min ton, yaxud da 3,2 dəfə artıb.

Belə ki, Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2023-cü ildə 357 min ton, 2015-ci ildə isə 129 min ton olub.

Son 10 ildə Azərbaycanda hava nəqliyyatı ilə daşınmış yüklərin həcmi aşağıdakı cədvəldə göstərilib.

İllər Daşınmış yüklərin həcmi
2024 411 min ton
2023 357 min ton
2022 407 min ton
2021 557 min ton
2020 458 min ton
2019 183 min ton
2018 208 min ton
2017 173 min ton
2016 160 min ton
2015 129 min ton

Qeyd edək ki, Azərbaycanda hava nəqliyyatı ilə 2025-ci ilin yanvar ayında 33,7 min ton yük daşınıb ki, bu da, illik müqayisədə 7,7% artım deməkdir.