MÜSAHİBƏ

27 Fevral

Azərbaycana Avropa və Asiyadan turist axını artır, MDB və Körfəz ölkələrindən azalma var - SİYAHI

2025-ci ilin yanvar ayında Azərbaycana dünyanın 152 ölkəsindən 172,6 min turist gəlib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu il ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 4,1% artıb.

Gələnlərin 24,0%-i Rusiya Federasiyasından, 18,3%-i Türkiyədən, 9,9%-i Hindistandan, 8,7%-i İrandan, 5,0%-i Gürcüstandan, 3,6%-i Səudiyyə Ərəbistanından, 3,2%-i Birləşmiş Ərəb Əmirliklərindən və Qazaxıstandan, 3,1%-i Pakistandan, 2,2%-i Küveytdən, 1,7%-i Türkmənistan və Özbəkistandan, 1,5%-i Çindən, 1,4%-i Ukraynadan, 1,2%-i İsraildən, 1,1%-i Omandan, 10,2%-i isə digər ölkələrdən olub.

Turistlərin 71,9%-ni kişilər, 28,1%-ni isə qadınlar təşkil edib.

Ötən ilin yanvar ayı ilə müqayisədə Azərbaycana gələn turistlərin sayında əhəmiyyətli artım müşahidə olunub. Xüsusilə:

  • İsraildən gələnlərin sayı 3,9 dəfə,
  • Çindən 2,2 dəfə,
  • Tacikistandan 2,1 dəfə,
  • İspaniyadan 1,9 dəfə,
  • Hindistandan 1,7 dəfə,
  • İordaniyadan 1,7 dəfə,
  • Misirdən 42,9%,
  • Niderlanddan 30,4%,
  • Qırğızıstandan 27,2%,
  • Pakistandan 25,6%,
  • ABŞ-dan 23,7%,
  • Yəməndən 21,5%,
  • Birləşmiş Ərəb Əmirliklərindən 20,4%,
  • Türkmənistandan 16,7%,
  • Qazaxıstandan 15,5%,
  • Fransadan 13,9%,
  • İtaliyadan isə 11,7% artım qeydə alınıb.

2024-cü ilin yanvar ayı ilə müqayisədə:

  • Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 7,3% artaraq 5,1 min nəfərə,
  • Digər ölkələrdən gələnlərin sayı 17,3% artaraq 75,9 min nəfərə yüksəlib.

Eyni zamanda,

  • Körfəz ölkələrindən gələnlərin sayı 5,4% azalaraq 33,2 min nəfər,
  • MDB ölkələrindən gələnlərin sayı 4,8% azalaraq 58,4 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 71,5%-i hava, 26,4%-i dəmir yolu və avtomobil, 2,1%-i isə dəniz nəqliyyatından istifadə edib.

Fuad Mədətov
Finss.az