MÜSAHİBƏ

26 Fevral

Azərbaycanda bankların kredit portfeli 37 milyon manat artıb

Bu ilin yanvar ayında bankların kredit portfeli ötən ilin dekabr ayı ilə müqayisədə 0,1 faiz və ya 37 milyon manat artaraq 27 514,7 milyon manata çatıb.

Finss.az Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən xəbər verir ki, kredit portfelinin strukturunda biznes kreditlərinin payı 53,5 faiz (14 709,9 milyon manat), istehlak kreditlərinin payı 31,1 faiz (8 551,7 milyon manat), ipoteka kreditlərinin payı isə 15,4 faiz (4 253,1 milyon manat) təşkil edib.

Fuad Mədətov
Finss.az