Finss.az - Müştəri təcrübəsinin təkmilləşdirilməsini daim hədəfləyən “PAŞA Bank” maliyyə əlçatanlığının artırılması istiqamətində yeni təşəbbüslərini davam etdirir.
Belə ki, Bank biznes hesabı açan yeni müştərilər üçün "Hədiyyələr bayramdan öncə gəlir!" kampaniyasını elan edib. 19 mart 2025-ci il tarixinədək "PAŞA Bank"da biznes hesabı açan yeni müştərilər 1 000 000 AZN məbləğində ölkədaxili komissiyasız ödəniş imkanı əldə edəcəklər. Həmçinin, sahibkarlara “Azpetrol” və ya "Umico"dan 100 AZN dəyərində hədiyyə kuponu təqdim ediləcək.
“PAŞA Bank”da biznes hesabı açmaq və hədiyyələrdən yararlanmaq üçün linkə keçid edin.
Qeyd edək ki, 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə “PAŞA Bank” beynəlxalq “İnternational Investor” nəşri tərəfindən “Azərbaycanın ən yaxşı bankı” elan edilib.

Zemfira Ms
Finss.az