Finss.az - Hər bayram ərəfəsində xüsusi kampaniyaları ilə müştərilərini sevindirməyə davam edən PAŞA Sığorta şirkəti bu dəfə Tam KASKO üzrə “Su endirim gətirir” kampaniyasını elan edir.
Belə ki, Su çərşənbəsi özəl olaraq baş tutan kampaniyaya görə 24 – 25 fevral tarixlərində Tam KASKO əldə edən müştərilər 30 % endirim əldə edəcək.
Kampaniya şərtləri barədə ətraflı məlumat üçün cutt.ly/sreKHz3w linkinə keçid edə bilərsiniz.
KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000- Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya cutt.ly/6reKI1YY keçidi ilə onlayn müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Sabit” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Zemfira Ms
Finss.az