Finss.az - 2024-cü il ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 12 mln. 803 min manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.8% artıb və 473 min manat çoxdur. Məlumata əsasən, 2024-cü ilin yanvar ayında avtomobillər üzrə sığorta haqqı 12 mln. 330 min manat olub.
Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlər də artıb. Ödənişlərin ümumi həcmi 9 mln. 478 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19.4% və ya 1 mln. 537 min manat çoxdur. 2024-cü ilin yanvar ayında isə ödənişlərin həcmi 7 mln. 941 min manat olmuşdu.
Sığorta ödənişlərinin artması nəticəsində, NVSMMİS üzrə zərərlilik göstəricisi də yüksəlib. Belə ki, 2024-cü ilin yanvar ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 61.4 manatını ödənişə yönəldərkən, cari ilin yanvar ayında bu rəqəm 74 manata yüksəlib. Bu isə sığorta sektorunun maliyyə vəziyyətinə təsir göstərən mühüm bir amildir.