MÜSAHİBƏ

25 Fevral

Sığorta bazarı böyüyüb

Finss.az - Bu ilin yanvar ayı ərzində ölkənin sığorta bazarı üzrə 163,658 milyon manat sığorta haqları yığılıb ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 17,6 faiz üstələyir.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, yanvarda sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği ötən ilin ilk ayına nisbətdə 22,8 faiz artaraq 47,623 milyon manat təşkil edib.