MÜSAHİBƏ

21 Fevral

Qızılın qiyməti tarixin ən yüksək səviyyəsinə çatıb

Finss.az - Cümə axşamı günü qızılın qiyməti yeni tarixi maksimum səviyyəsinə çatıb. Ən yüksək nöqtədə dəyərli metalın bir unsiya üçün spot qiyməti 2954$ oldu, lakin, sonra bir qədər gerilədi. 

Qızıl 2024-cü ildə 25%-dən çox artdıqdan sonra, bu il bir sıra rekordlar qırdı. Analitiklər qeyd edirlər ki, ABŞ Prezidenti Donald Trampın ticarət və geosiyasi planları qiymətli metala olan tələbi artırır.

Cari həftənin əvvəlində “Goldman Sachs Group Inc.” mərkəzi bankların proqnoz olunandan daha güclü qızıl alışlarını əsas amil olacağını bildirərək, dəyərli metal üçün bir illik hədəfini 3100$-a qədər qaldırdı. Bankın ekspertləri hesab edirlər ki, iqtisadi siyasət, o cümlədən tariflər ilə bağlı daha geniş qeyri-müəyyənlik davam edərsə, külçə qızılın qiyməti 3300$-a çata bilər.