MÜSAHİBƏ

19 Fevral

Prezident İlham Əliyev və Mehriban Əliyeva Ağdamda səfərdə: Yeni infrastruktur layihələri ilə tanışlıq

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində səfərdə olub. 

Finss.az xəbər verir ki, Prezident və xanımı “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak ediblər. Prezident Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə, “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub. 

Prezident Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub. 

AzTV Prezident İlham Əliyevin Ağdam səfərini əhatə edən video hazırlayıb.

Fuad Mədətov
Finss.az