MÜSAHİBƏ

19 Fevral

"Li Auto”-nun Azərbaycanda rəsmi nümayəndəliyi açılıb

Finss.az - Azərbaycanın ən böyük avtomobil idxalçılarından biri olan Efendiler Group, Çin istehsalı “Li Auto” brendinin Azərbaycandakı rəsmi nümayəndəsi olduğunu elan edib.

Şirkət, “Li Auto Azərbaycan”ın müvəqqəti satış salonunun Aşıq Molla Cümə küçəsi, 44B ünvanında fəaliyyət göstərəcəyini açıqlayıb.

Bundan əlavə, Efendiler Group, Babək Prospekti, 35A ünvanında 900 m2-lik nəhəng bir satış mərkəzi və 300 m2-lik ofisin tikintisinə davam edir. Bu yeni satış mərkəzinin yaxın zamanda istifadəyə verilməsi gözlənilir.

Texniki xidmətlə bağlı isə, Efendiler Group bildirib ki, 31 dekabr 2024-cü ilə qədər alınan bütün “Li Auto” avtomobilləri Babək Prospekti, 35K ünvanında yerləşən rəsmi servis mərkəzində xidmət alacaq. Həmçinin, bu mərkəz orijinal ehtiyat hissələri ilə təmin ediləcək.

Efendiler Group-un icraçı direktoru Amal Əlili, satış mərkəzində “Li Auto” brendinin populyar modelləri olan “L6”, “L7” və “L9” təqdim ediləcəyini və yaxın gələcəkdə daha geniş bir model cərgəsi ilə xidmət göstərməyi planlaşdırdıqlarını açıqlayıb. Artıq bu gündən etibarən bu modellərin sifarişi qəbul olunmağa başlanıb və ilk avtomobillərin gəlişi növbəti iki həftədə gözlənilir.