MÜSAHİBƏ

12 Fevral

Ölkə iqtisadiyyatı 3,8 dəfə, qeyri-neft sektoru isə 3,7 dəfə artıb - Taleh Kazımov

Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının strateji əhəmiyyət daşıyır

Finss.az xəbər verir ki,  bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Dünya inkişafı haqqında Hesabat”ın təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatı 3,8 dəfə, qeyri-neft sektoru isə 3,7 dəfə artıb. Bu inkişaf fonunda makroiqtisadi sabitliyin qorunması və maliyyə inklüzivliyinin genişləndirilməsi əsas prioritetlərdən biri olaraq qalır.

T.Kazımov əlavə edib ki, AMB pul siyasəti mexanizmini gücləndirmək üçün ardıcıl tədbirlər həyata keçirir və bu proses ölkənin strateji inkişaf kursuna uyğundur.

Fuad Mədətov
Finss.az