MÜSAHİBƏ

29 Fevral

Biznes, istehlak və ipoteka kreditlərinin həcmi artıb

Bu ilin yanvar ayında bankların kredit portfeli 1,7 faiz və ya 383,4 milyon manat artaraq 23 566,4 milyon manata çatıb.

Fins.az Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, kredit portfelinin strukturunda biznes kreditlərin payı 54,8 faiz (12 912,9 milyon manat), istehlak kreditlərinin payı 29,7 faiz (7 008,0 milyon manat), ipoteka kreditlərinin payı isə 15,5 faiz (3 645,5 milyon manat) təşkil edib.

Ay ərzində biznes, istehlak və ipoteka kreditləri müvafiq olaraq 296,1 milyon manat (+2,3 faiz), 71 milyon manat (+1 faiz) və 16,3 milyon manat (+0,4 faiz) artıb.