MÜSAHİBƏ

26 May

İran bankının Azərbaycandakı filialı bütün əməliyyatları dayandırıb

İran bankının Azərbaycandakı filialı "Bank Milli İran Baku" bütün əməliyyatları dayandırıb.

Fins.az xəbər verir ki, “Bank Milli İran Baku”nın yayımladığı məlumata görə, artıq təxminən bir aya yaxındır ki, banka əmanət qoyuluşu və kredit verilişi dayandırılıb.

Bildirilib ki, buna səbəb kimi Mərkəzi Bankın bankda yoxlamaların aparılması göstərilib.

Azərbaycan Mərkəzi Bankından isə bildirilib ki, məsələ ilə bağlı qısa zamanda açıqlama veriləcək.