Fins.az xəbər verir ki, "Vitam" şirkətinin kommersiya direktotu Fərid Nemətzadənin "Mediabalance" şirkətinə müsahibə verib.
- Şirkət neçənci ildən fəaliyyət göstərir?
-Vitam şirkəti 2004-cü ildən etibarən Azərbaycanda, 2020-ci ildən etibarən Amerikada, 2021-ci ildən etibarən isə Gürcüstan və Özbəkistanda fəaliyyət göstərir.
-Vitam şirkətinin adı haradan qaynaqlanır?
-Latıncada kökü Vita – həyat sözündən gəlir. Yaradıcı həllərimiz vasitəsilə müştərilərin kommunikasiya vasitələrinə, reklam alətlərinə həyat verməyə çalışırıq.
-Şirkət öz fəaliyyətini hansı sahədə təşkil edir?
-Şirkətimiz hal-hazırda dörd istiqamət üzrə fəaliyyət göstərir. Bunlardan birincisi dizayn və layihələndirmədir. Buraya qrafik dizayn, interyer dizayn, texniki layihələndirmə, texniki konsultasiya və audit daxildir.
İkinci mərhələyə reklam həlləri daxildir. Buraya bir çox xarici reklamlar, daxili reklamlar, pilonlar, totemlər, qabarıq hərflər, lightbox və freymlər, ambiyent reklam, dekor və bir çox reklam həlləri daxildir.
Üçüncü istiqamətə mebel həlləri daxildir. Buraya vitrin stendləri, məhsul stendləri, hazır stendlər, povilyon və sərgi stendləri daxildir.
Dördüncü istiqamət isə genişformatlı çapdır. Stiker, etiket çapından tutmuş müxtəlif növ banner, vinil, oboy, dartma tavan, kətan üzərində çaplar bura aiddir. Vitamda yalnız UV çap texnologiyasından istifadə olunur.
-Sizi digər şirkətlərdən fərqləndirən nədir?
-Bizi digər şirkətlərdən fərqləndirən ən əsas cəhət bizim yanaşmamızdır. Hər bir müştəriyə fərdi yanaşılmalıdır, maksimal dərəcədə çalışırıq ki, standart həll vasitələrindən istifadə etməyək. Yenilikçi olmaq, yeni həll yollarından istifadə etmək, peşəkar mühəndis həlləri vasitəsilə layihələrimizin istehsalatını həyata keçirmək əsas məqsədimizdir. Təbii ki, buna ciddi bir əmək sərf edirik. Müxtəlif ölkələrdə, sərgilərdə, tədbirlərdə iştirak edirik, gəzintilərdə oluruq, gördüyüm yenilikləri öyrənməklə kifayətlənməyib, həm də tətbiq etməyə çalışırıq. Bunlar isə özü bütövlükdə, bizi digərlərindən fərqləndirən yanaşmamızı formalaşdırır.
-Əgər mən müştəriniz olmaq istəsəydim, mənə ilk hansı xidmətlərinizi təqdim edərdiniz?
-Bizim üçün bütün hallarda keyfiyyət prioritetdir. Belə bir məsəl var ki, keyfiyyət heç kəsin görmədiyi vaxt, hər şeyi düzgün etmək deməkdir. Düşünürəm ki, keyfiyyət məhz sizə təqdim edəcəyimiz ilk məhsul və ya xidmət olardı. Çox böyük məmnuniyyət ilə sizi öz keyfiyyətimiz ilə tanış edərdim.
-Müştəri coğrafiyanızın genişliyi nə qədərdir?
-Vitam hal-hazırda Azərbaycan reklam sənayesində ən çox ixracat edən yerli şirkətdir. Dövriyyəmizin təxminən 80%-i ixracatdan əldə olunur. Çalışdığımız markaların birbaşa qlobal ofisləri ilə kommunikasiya qururuq, əlaqə saxlayırıq, sifarişləri qəbul edirik. Bu isə bizə öz növbəsində ona imkan verir ki, biz ölkə iqtisadiyyatına xarici valyuta cəlb etməklə dəstək oluruq. Məqsədlərimiz böyükdür. Hal-hazırda istehsalatımızın biri Xəzərin sahilində, biri Atlantik okeanı sahillərindədir və bunu daha da genişləndirmək istəyirik. Növbəti illərdə, növbəti ölkələrdə istehsalatımızı qurmaq, fabriklərimizi açmaq, daha da böyümək və yerli markaları dünya brendlərinə çevirmək bizim əsas məqsədlərimizdir.
-Vitam şirkəti müasir texnologiya ilə yaxından tanışdırmı?
-Həm istehsalatımızda, həm biznes proseslərimizin idarə olunmasında müasir texnikalardan, avadanlıqlardan istifadə edirik hansı ki, beynəlxalq standartlara cavab verir. Özümüzə məxsus tətbiq etdiyimiz iyerarxiya sistemimiz var. Günü-gündən çalışırıq, inkişaf edirik. Dünya standartlarına cavab verən IT sistemimiz mövcuddur. Əlavə olaraq, geniş avadanlıq parkımız ilə də tanış ola bilərsiniz. Həmçinin, işçi kateqoriyasının effektivliyini ölçmək məqsədilə, tətbiq etdiyimiz proqramlar mövcuddur. Bu proqramları da öz növbəsində iyerarxiya sistemimizə adaptasiya edirik. Bir məlumat daha verək ki, şirkətimiz bu yaxınlarda ISO-9001, ISO-14001 və ISO 45001 standartları ilə sertifikatlaşdı. Hal-hazırda fəaliyyət mexanizmimizi bu standartlar üzərində təkmilləşdiririk.
-Ən böyük layihənizdən qazandığınız təcrübə nə olub?
-Böyük layihələr hər zaman maraqlı təcrübələr və maraqlı səriştələr qazandırıb. Bizim əməkdaşlıq etdiyimiz markalar qlobal markalar olduğundan onların özünəməxsus guideline-ları mövcuddur. Biz buna qaydalar kitabçası deyirik. Və biz məcburuq ki, reklam, mebel və digər həlləri həmin yazılan guide-lar çərçivəsində həyata keçirək. Bu qaydalar kitabçası bizə təkmilləşməyə, daha da irəliləməyə kömək edib hər zaman. Məsələ yalnız onu dərk etmək deyil, məsələ həm də onu düzgün tətbiq etməyi bacarmaqdır. Maraqlı bir fakt: bir dəfə tanınan qlobal markalardan birinin qaydalar kitabçasında dəyişikliyə səbəb olacaq bir texniki konsultasiya təqdim etdik. Biz onlara daha düzgün həlli və tərəfi təklif etdik və onlar bizimlə razılaşdılar. Nəticədə, həmin marka öz qaydalar kitabçasını dəyişməli oldu.
-Reklamın ən effektiv üsulları hansılardır?
-Müxtəlif reklam üsullarından fərqli kontentlərə uyğun olaraq, harada və necə istifadə etdiyimizdən asılı olaraq effektiv istifadə etmək mümkündür. Amma düşünürük ki, hər şeyin ən başında düzgün markalaşma, sistemləşmək, standartlaşma və ən əsası brendləşmək dayanır. Əgər bir brend düzgün sistemləşibsə, düzgün brendləşibsə, bu ən birinci reklamdır. Ən əsası isə keyfiyyətin reklamıdır.
-Müştəri məmnuniyyəti istiqamətində hansı addımları atmısınız?
-Ümumiyyətlə müştəri məmnuniyyətinin ölçülməsi və inkişaf etdirilməsi şirkətimiz üçün strateji əhəmiyyət daşıyır. Bu gün itirilən müştəri sabah əlçatan olmaya bilər. Biz öz növbəmizdə məmnuniyyəti artırmaq və inkişaf etdirmək üçün müəyyən sorğular təşkil edirik, anketlər göndəririk. Və hər şeydən əvvəl müştərilərimizə maraqlı olan bizim istehsalat tərəfidir. Müştərinin gözü obrazını canlandırmaq üçün keyfiyyətə nəzarət şöbəsi yaratmışıq. İstehsalat və biznes proseslərimizə nəzarət etmək üçün və daha keyfiyyətli məhsul təqdim etmək üçün əlimizdən gələni edirik. Hamı kimi bizim üçün də müştəri məmnuniyyəti önəmlidir.