MÜSAHİBƏ

26 Dekabr

Avropa Mərkəzi Bankı uçot dərəcəsini artırmağa davam edəcək

Niderland Mərkəzi Bankının rəhbəri Klaas Knot bildirib ki, Avropa Mərkəzi Bankı (AMB) indiki dövrdən 2023-cü ilin iyulunadək "kifayət qədər sərtləşmə sürətinə" keçəcək və əsas uçot dərəcəsini yarım faiz artıracaq.

Fins.az xəbər verir ki, faiz dərəcəsinin yayda öz pik həddinə çatacağı proqnozlaşdırılır.

"Bizim üçün ən böyük risk hələ də çox az iş görməyimizdir. Biz yalnız yolun ikinci yarısının əvvəlindəyik", - deyə K.Knot bildirib.