MÜSAHİBƏ

21 Sentyabr

Uçot dərəcəsinin bazarlara təsiri

Uçot dərəcəsi nədir? 

Ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir.

Uçot dərəcəsi aşağı olduqda kreditlər əlçatan olur. Kreditlər üzrə faiz dərəcələri enir və insanlar kredit əldə etməyə həvəs göstərir.

Nəticədə, insanların sahib olduğu pul kütləsi artdıqca edilən alış-veriş həcmi də artır. Beləliklə, məhsulların dəyəri yüksəlir. Məhsul həcmi azaldıqca satıcılar qiymət qaldırmağa başlayır. Bununla bərabər inflyasiya artmağa başlayır.

İnflyasiyanın yüksək olması insanların həyat şərtlərinə təsir edir. İnflyasiya nə qədər yüksək olarsa, insanların yaşayış səviyyəsi bir o qədər enməyə başlayır və təbii ki, bu əhalini qane etmir. Bu vəziyyət isə öz növbəsində dövlət üçün təhlükə xarakteri daşıyır.

Buna görə 21 sentyabr Bakı vaxtı ilə 22:00-da ABŞ Mərkəzi bankının (FED) faiz qərarı böyük əhəmiyyət daşıyır. FED-in ötən aylarda keçirdiyi iclaslarda olduğu kimi, önümüzdəki iclasda da uçot dərəcələrini artıracağı gözlənilir. Belə ki, artım 0.75% təşkil edəcəyi ehtimal olunur. Lakin bir çox analitiklərin proqnozlarına görə bu artım 1% də təşkil edə bilər. Faizin artırılması birbaşa ABŞ dollarının qiymətinə təsir edəcəkdir. Valyuta bazarında yüksək volatilliyin olacağı gözlənilir. Bu xəbər dolların məzənnəsini digər valyutalar qarşısında daha da bahalaşdıra bilər.

Hazırda ABŞ dolları avro qarşısında paritet (1.00000) səviyyəsi ətrafında ticarət olunur. Uçot dərəcələrinin artırılması nəticəsində qiymət yenidən bu səviyyənin altına düşə bilər. Bu halda qiymətin 0.98600 səviyyəsinə qədər enməsini müşahidə edə bilərik.

Nərmin Mehtiyeva

Yatırım məsləhətçisi

© investaz.az