İqlim dəyişikliyi ilə mübarizə üzrə öhdəliklərinə baxmayaraq, dünyanın 51 əsas iqtisadiyyatının bu il qalıq yanacaqlara verdiyi dəstək ötən illə müqayisədə təxminən 2 dəfə artaraq 697,2 milyard dollara çatıb.
Fins.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və Beynəlxalq Enerji Agentliyinin məlumatlarında qeyd olunub.
Xüsusilə, böyük iqtisadiyatların kömür, neft-qaz hasilatı və istehlakına dəstəyində ciddi artım qeydə alınıb. Məlumata görə, 2020-ci ildə neftin bir barel qiyməti orta hesabla 42,58 dollar olduğu halda, ötən il 69,04 dollara yüksəlib.
Dünyanın ümumi enerji təchizatının 85%-ni təşkil edən 51 enerji istehsalçısı və istehlakçı ölkənin 2020-ci ildə qalıq yanacaqlara ayırdığı subsidiyaların məbləği 362,4 milyard dollar olub. Sözügedən dəstəyin məbləği 2021-ci ildə təxminən iki dəfə artaraq 697,2 milyard dollara çatıb.
Qalıq yanacaqlara artan dəstək, dünyada iqlim dəyişikliyi ilə mübarizə üçün artan səylərlə ziddiyyət təşkil edir. Sözügedən 51 ölkə arasında yer alan və dünyanın 10 ən böyük kömür ölkəsi olan Çin, Hindistan, ABŞ, Yaponiya, Cənubi Koreya, Cənubi Afrika, İndoneziya, Rusiya, Vyetnam və Avstraliya 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq öhdəliyini götürüblər.