MÜSAHİBƏ

09 May

Bill Qeyts: Faiz artımı qlobal iqtisadiyyatı yavaşlatacaq

Dünyada faiz dərəcələrinin artırılmasının qlobal iqtisadiyyatın yavaşlamasına səbəb olacağı proqnozlaşdırılır.

Bu barədə “Microsoft”un həmtəsisçisi Bill Qeyts “CNN”də iştirak etdiyi proqramda ABŞ-dan İngiltərə və Hindistana qədər dünyada baş verən faiz artımı prosesini dəyərləndirib:

“Rusiya-Ukrayna müharibəsi və COVID-19 pandemiyasından zərər çəkmiş iqtisadiyyatlarda faiz artımı qlobal iqtisadiyyatın böyüməsini yavaşladacaq. Bundan başqa, dövlət borcları çox yüksək səviyyədədir və artıq tədarük zəncirində problemlər var”.