MÜSAHİBƏ

20 Aprel

"AzerGold” “Çovdar” yatağında qızıl ehtiyatının qiymətləndirməsini 3,5 dəfə artırıb

“AzerGold” QSC “Çovdar” yatağında hasil olunan qızıl ehtiyatlarının qiymətləındirməsini 3,5 dəfə - 731,9 min unsiyaya qədər artırıb.

"Fins.az"xəbər verir ki, qurumun məlumatında bildirilir ki, sahənin istismar müddəti 2020-ci ildən 2028-ci ilədək uzadılmaqla fəaliyyət dövrü 8 il, ümumi ehtiyatları isə ilkin hesablanan 212 min unsiyaya əlavə olaraq 519.9 min unsiya artırılmış, 731,9 min unsiyaya çatdırılmışdır. Hazırda müvafiq kəşfiyyat vətədqiqat işlərinin davam etdirildiyi nəzərəalınaraq, sözügedən həcmlərin daha da artırılması istisna edilmir.

Həmçinin, şirkətdən məlumat verilir ki, cari ilin birinci rübündə “Çovdar” yatağından 10,592 min unsiya qızıl istehsal edilib.

Məlumata görə, yatağın təsdiq olunmuş ümumi qızıl resursları 1 661 000 unsiya (51.5 ton filiz) təşkil edir. Bu həcmin 363 500 unsiyası yerüstü (oksid), 1 298 000 unsiyası isə yeraltı (sulfid) filizlərin payına düşür. “Azergold” QSC 2017-ci ildən oksid mərhələsi çərçivəsində hasilata başlayıb. Oksid mərhələsi çərçivəsində ümumilikdə 233 min unsiya qızıl və 349,5 min unsiya gümüş hasil ediləcək ki, bu da $285 milyon məbləğində gəlir deməkdir.

2022-ci ildə sulfid mərhələsinə start verilməsi gözlənilir.