MÜSAHİBƏ

18 Aprel

Şirkəti inkişaf etdirmək üçün pul lazımdır. Pul axtaranlara bizim tövsiyyəmiz

Sahibkarlığın inkişaf etməsi və  böyük layihələrə imza atması böyük anlamda birbaşa olaraq maliyyə əlçatanlığından asılıdır. Sahibkarlığın maliyyəyə çıxışı isə mövcud vəziyyətdə inklüziv deyil. Sahibkarlığın hələ də yüksək faizlə banklardan maliyyələşməsi həm bankları, həm də şirkətlərdə risk səviyyəsini artırır. Dövlət proqramlarına, yaradılmış və sonra yenidən təşkil olunmuş qurumların, işçi qrupların səylərinə baxmayaraq banklar onlardan tələb olunduğu maliyyəni biznes subyektlərinə paylaya bilmirlər.

Şirkətlərin potensialları qədər maliyyələşə bilməməsinin tək səbəbi banklar deyil. Bankların mahiyyətinə baxdıqda görə bilirik ki, onlar kifayət qədər riskli olan sahələrə pul investisiya etməkdən çəkinmələri nə ilə bağlıdır. İlk öncə banklarda olan vəsaitlər digər şəxslərin depozit vəsaitləridir və bank üçün bu vəsaitlərin qorunması, eləcə də bu vəsaitlərin risksiz layihələrə investisiya edilməsi ən başlıca məqsədlərdən biridir.  Banka əmanət qoyan fiziki şəxslər mövqeyindən hər bir şərtlər dəstəklənəndir, yəni əmanətçilərin pulu yalnız təminatlı sahələrə yatırılmalıdır.

Bəs sahibkarlar, şirkətlər nə etməlidirlər?

Azərbaycanda sahibkarların maliyyələşməsi üçün alternativ maliyyə alətlərindən istifadənin əhatəsi genişləndirilməlidir.Bütün dünyada olduğu kimi yeni  bazar oyunçularına ehtiyacımız var. Məhz  birjada  bu subyektlər pulu borca verən ilə , pula ehtiyacı olanı görüşdürəcək.

Pul axataran Şirkətlər ən azı maliyyə vəsaitinin cəlb edilməsinin yolları barədə məlumatlı olmalıdır.

Doğrudur, maliyyə cəlbi baxımından ilk ağıla gələn kredit olasa da , bu yalnız bir vasitədir.Digər yol isə istiqraz emissiyasıdır. Sadə dildə desək siz bəyan edirsiz ki, pul lazımdır və məhz bazarın digər iştirakçıları borca pul verir. Bütün bu prosesi investisiya şirkəti istiqrazlar ilə rəsmiləşdirir.

Bildiyimiz kimi,istiqrazların satışı tənzimlənən bazarda baş verir. Hal-hazırda bu bazar “Bakı Fond Birjası” QSC-də təşkil olunur. Bazara daxil olmağa sizə investisiya şirkətləri kömək edir. İnvestisiya şirkəti sahibkarın biznesinin maliyyə vəziyyətini qiymətləndirir və ona uyğun plan təqdim edir.

Bu bazardan faydalanmaq üçün sahibkarlar şirkətlərinə uzunmüddətli perspektivdə yanaşmalıdırlar. Şirkətin reputasiyası da bu prosesdə ən vacib amillərdən biridir. Həmçinin qeyd edilməlidir ki, şirkətin qiymətli kağızlarının birjada satılması həmin şirkətin dayanaqlı olmasını sübut edir və gələcəkdə investorların etimadını qazanmış olur.

Qiymətli kağızlar sahəsində hüquq eksperti- Pərvanə Qasımova