MÜSAHİBƏ

28 Mart

Rusiya öz neftini hansı ölkələrə sata bilər?

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra ölkənin neftinə tələb azalıb. Avropa ölkələrinin əksəriyyəti Rusiya neftini boykot etdiyi üçün neftin ümumi həcmi müharibədən sonrakı iki həftə ərzində təxminən 13% artıb.

Fins.az  xəbər verir ki, Avropa Rusiya neftinin böyük hissəsini müharibə başlamazdan əvvəl alıb və bunun üçün ödəniş edib. Hazırda Rusiya neftini xarici ölkələr əvvəlki kimi almır. Sanksiyalar və logistika problemləri səbəbilə bir çox alıcılar Rusiyadan neft idxalını dayandırıblar.

"Kpler” informasiya şirkətinin açıqlamasına görə, martın 24-də Rusiyanın dəniz vasitəsilə neft ixracının həcmi gündəlik 2,3 milyon barel təşkil edib ki, bu da martın 1-də olan səviyyədən təxminən 2 milyon barel aşağıdır. Buna görə də “Brent” markalı neftin bir barelinin qiyməti 120 dollara yaxınlaşır.

Bunlara baxmayaraq, hələ ki, Rusiya nefti böyük ixrac problemləri ilə qarşılaşmayıb. Çünki yalnız ABŞ ölkədən neft idxalına qadağa qoyub. Bundan əlavə, martın 25-də Almaniya Rusiyadan neft alışını yarıya qədər azaldacağını, lakin bunun nə vaxt baş verərəcəyinin qeyri-müəyyən olmadığını bildirib. Rusiyanın gündəlik 7,9 milyon barel olan neft ixracının 1 milyonunu təşkil edən boru kəmərləri vasitəsilə daşınmalarında satışlar hələ də davam edir. Çünki buna qarşı ikinci dərəcəli sanksiyalar yoxdur.

Hazırda alıcı tapmaqda çətinlik çəkdiyi üçün Rusiya “Ural” neftinin bir barelini təxminən 30 dollar endirimlə satılır.

Bundan sonrakı mərhələlərdə Qərb ölkələrinin sanksiyalarına qoşulmayan Çin və Hindistanın Rusiya neftinin əsas alıcıları olacağı proqnozlaşdırılır. Hindistanın yaxın vaxtlarda Rusiyadan böyük həcmdə neft alacağı gözlənilmir. Çünki ölkənin idxalının təxminən yarısı Yaxın Şərqdəndir. Bunun bir hissəsini Rusiya nefti ilə əvəz etmək mümkün olsa da, buradan idxal daha ucuz olduğu üçün Rusiya “Ural” neftinin qiymətini daha da endirməlidir.

Hindistandan başqa, Çin də Rusiya neftinin alıcısı ola bilər. Ölkə gündəlik təxminən 10,5 milyon barel neft (dünyanın gündəlik istehsalının 11%-i) idxal edir. Çin bu fonda alışlarını gündəlik 12 milyon barelə qədər artıra bilər.

Buna baxmayaraq, Çin üçün də Rusiyadan neft nəqli çətinləşib. Rusiyadan Avropaya daşınma adətən üç-dörd gün çəkirsə, Asiyaya daşınma 40 gün çəkir. Neftin Asiyaya tez çatması üçün daha böyük tankerlərə yüklənməsi lazımdır. Bu isə əlavə vaxt və daha çox maliyyə tələb edir.  Çin bankları isə bunun üçün kredit verməkdən çəkinirlər.

© “The Economist”