MÜSAHİBƏ

25 Mart

Çin ABŞ-a cavab verəcək

Çin hakimiyyəti ABŞ-dakı şirkətlərinin lisenziyalarının ləğv edilməsinə cavab olaraq tədbir görmək niyyətindədir

Fins.az bu məsələ ilə  bağlı əldə etdiyi məlumata istinadən bildirir ki,  Çin rəsmiləri ölkələrinin ABŞ-dakı telekommunikasiya şirkətlərinin lisenziyalarının ləğv edilməsinə cavab olaraq tədbir görməkdə israrlıdırlar.

Bir müddət əvvəl Vaşinqton milli təhlükəsizlik problemlərini əsas gətirərək, Çinin “Pacific Networks”, onun törəmə şirkəti olan “ComNet”, “China Unicom”un Amerika bölməsinin lisenziyalarını ləğv edib.

Çin Sənaye və İnformasiyalaşdırma Nazirliyi yaydığıbəyanatda bilrir ki, "ÇXR ölkənin şirkətlərinin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirləri görməyə davam edəcək".

Pekin hesab edir ki, ABŞ öz “ədalətsiz qərarını geri götürməli, iqtisadi məsələləri siyasiləşdirməyi dayandırmalı və ABŞ-da Çin şirkətlərinin inkişafı üçün “şəffaf və ədalətli mühit” yaratmalıdır”, deyə nazirlik bəyanatda daçıqlayır.