MÜSAHİBƏ

23 Mart

ABŞ  iflasa uğrayacaq

Robinson Meyer: “ABŞ enerji sektorunda iflasa uğrayacaq”

“The Atlantic” nəşri  Rusiyadan neft idxalına qadağa qoyulması səbəbindən ABŞ-ın enerji sektorunda iflasa uğrayacağını  proqnozlaşdırır.

Neft əsrinin sona çatdığını söyləyənlər görünür bu fikri söyləməkdə ya bir qədər tələsiblər, ya da yanılıblar. Fins.az-ın belə bir fikri söyləməsinə əsas verən Ukraynada baş verən hadisələr səbəbindən dünyada baş verən neft böhranıdır.

 Martın əvvəlində ABŞ Rusiyadan neft idxalına qadağa qoyduğunu elan etdi. Bayden həmçinin xəbərdarlıq etdi ki, Rusiyaya tətbiq edilən məhdudiyyətlər səbəbindən ölkədə benzinin qiymətləri artmağa davam edəcək.

Bütün bunlara rəğmən “The Atlantic”in köşə yazarı Robinson Meyer Amerika nəşri üçün yazdığı məqalədə Rusiyanın neft idxalına qoyulan qadağadan sonra ABŞ-ın enerji təhlükəsizliyinin iflasa məruz qalacağını proqnozlaşdırıb.

Nəşr qeyd edir ki, ABŞ-da benzinin qiyməti sürətlə artır, Səudiyyə Ərəbistanı isə ABŞ prezidenti Co Baydenin yardım xahişlərinə məhəl qoymur. Bundan əlavə, “təmiz enerji” deyilən siyasət də uğursuzluğa düçar olub, çünki indiyə qədər  “qara qızıl”dan asılılığı azaldan qanunlar hələ də qəbul olunmayıb.

Meyer yazır ki, Birləşmiş Ştatlar bu gün dünyanın ən böyük neft və qaz istehsalçısıdır, lakin bu, ölkəni enerji müstəqilliyi ilə təmin etmir, çünki xammalın qiymətləri dünya bazarlarında müəyyən edilir. Buna görə də, Rusiya Federasiyası Ukraynanın denasifikasiyası və demilitarizasiyası üçün xüsusi hərbi əməliyyata başlayanda, ABŞ da daxil olmaqla, neftin qiyməti rekord həddə qalxdı.

Nəşrin müəllifi onu da qeyd edir ki, Ukraynada əməliyyat başlayandan sonra ABŞ-ın “təmiz enerji”yə keçid şansları xeyli azalıb. Amerika və Qərbi Avropa şirkətləri enerji keçidi üçün lazım olan mis, platin və digər mineralları ala bilməyəcəklər.

Eyni zamanda, qısamüddətli perspektivdə bu, “təmiz enerji” texnologiyalarının dəyərini artıracaq və uzunmüddətli perspektivdə Rusiyanın Qərb tərəfindən iqtisadi blokadaya alınması, yəqin ki, Çin firmalarına yalnız Rusiyada bu xammalı aşağı qiymətlə almasına imkan verəcək. Bu isə Çinin yeni enerji texnologiyaları üçün xərclərini daha da aşağı salar və ümumiyyətlə Çinin makroiqtisadi göstəricilərini yaxşılaşdırır.