MÜSAHİBƏ

22 Mart

Geosiyasət neftin qiymətini ilin zirvələrinə qaldırır

Bu gün səhərdən Brent markasının qiyməti 120 dollara yaxınlaşmaqdadır

Fins.az xəbər verir ki, neft bazarı həftəni qiymətlərin sürətli artımı ilə başladı: Enerji təchizatının sabitliyi ilə bağlı artan narahatlıq dalğasısı fonunda Brent markalı neftin fyuçersləri, demək olar ki, 8% artaraq, 116 dollar/bareldən yuxarı qalxdı.

Aİ ölkələri martın 24-25-də keçiriləcək sammitdən əvvəl yeni anti-Rusiya sanksiyalar paketini və Rusiya neftinin idxalına məhdudiyyətlərin tətbiqi imkanlarını müzakirə etməyə belə başlayıblar. Bəzi ölkələr belə bir təklifi dəstəkləmək istəmədiklərini, C. Borrel isə bu həftə sanksiyaların qəbulunun baş tutmayacağını bildirsə də, belə bir müzakirənin özü Avropada Rusiya Federasiyasından neftə tələbatı məhdudlaşdırır və (dünən Brent-ə nisbətən Urals markasına endirim 22,00 dollar/barr  qədər genişlənib.) və qiymətlərin qalxmasına təkan verir.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı ölkəsi "dünya bazarlarına tədarük qıtlığına görə məsuliyyət daşımadığını və özünün neft obyektlərinə hücum etmək fikrində olmadığını" bildirib ki, bu da neft ölkəsinin hasilatı genişləndirməsinə olan ümidlərini azaldır.

Bu gün səhərdən Brent neftinin qiymətləri yüksəlməyə davam edir və  120 dollar/barel həddini aşmağa çalışır. Neftin qiymətinin ilin zirvələrini yeniləmək perspektivi getdikcə daha aydın görünür, amma hələ ki, bu geosiyasi mükafatın artımını dayandıra biləcək və bazarı “soyuda” biləcək əhəmiyyətli amillərsə görünmür.