MÜSAHİBƏ

13 Aprel

Daşınan evlər istehsal edən şirkətin rəhbəri ilə müsahibə -AZƏRBAYCANDA İLK

Xarici ölkələrdə geniş yayılmış daşınan evlər artıq ölkəmizdə də istehsal edilir. 2020-ci ildə yaradılmış "Stone İnşaat" şirkəri artıq 1 ildir ölkəmizdə daşınan evlər istehsal edir. Daşınan evlərin istehsalı və satış şərtləri barədə "Stone İnşaat"-ın rəhbəri Qulam Kərimov Fins.az-a müsahibə verib.  

 “Stone İnşaat”-ın əsas fəaliyyət istiqamətləri nədir ?

"Stone İnşaat" şirkəti təxminən 1 ildir ki, yaradılıb. Azərbaycanda ilk dəfə yenilik olaraq Daşınan Beton Evlərin, Konstruksiyalı Beton Hasarların, gülkənarı çəpərlərin istehsalı ilə məşğuldur. Biz fəaliyyəimizi tamamilə yeni texnologiyalar əsasında yeni və müasir üsulların tətbiqi ilə daşnan evlərin hazırlanaraq müştərilərilərə təhvil verilməsi istiqamətində qurmuşuq.

Evlərin istehsalında hansı tikinti materiallarından istifadə edilir ?

Daşınan evlər dəmir profil karkasdan, çöl divar səthi qalın beton plitələrdən ibarətdir. Daxili izolyasiya daş yunu,penoplast, daxili divar səthi alçipan,oboy, emulsiya, taxta vaqon keçmələri ilə təmir olunur. İşıq,su,kanalizasiya xətləri çəkilir.

 İstehsal etdiyiniz evlərə zəmanət verilir ?

Stone İnşaat istehsal etdiyi bütün daşınan beton evlərə müəyyən qaydalara əsasən 10 il zəmanət verilir.

Qiymətlər necədir və müştəilərə özəl oaraq endirimlərin edilməsi mümkündür?

Qiymətlər kv.m təyin olunur. 1kv.m daxili təmir səviyyəsinə görə 370-450 azn civarında dəyişir.

Daşınan evlər olduğu üçün belə bir sual yarana bilər ki bu evi daimi ev kimi də istifadə etmək mümkündür?

Bizim istehsal etdiyimiz evlər həm praktikdir həm də bu evlərdə maksimum rahatlığı və yaşamaq üçün bütün standartların nəzərə almağa çalışmışıq. Daşınan evlər daimi yaşamaq üçün tam uyğundur.

Evlərin quraşdırılması işini də sizin personal həyata keçiri yoxsa bunu müştəri özü etdirməlidir?

Evlərin yalnız daşınması xidməti ödənişlidir. Quraşdırılması şirkətimiz tərəfindən həyata keçirilir.

İndiyə kimi təxminən nə qədər müştəriniz olub və maraqlananlar çoxdur?

Cəmi 1 ildir ki, fəaliyyat göstəririrk. Razılaşaq ki, bu bir tikinti şirkəti üçün çox az müddətdir. Yalnız biz bu  az müddət ərzində təxminən 50-60 ədəd daşınan ev satmışıq.

Evlərin istehsalı tam avtomatlaşdırılmış şəkildə həayat keçirilir yoxsa burada insan əməyindən daha geniş istifadə edilir?

Biz bu evlərin istehaslında xüsusi qurğulardan istifadə etmirik. Bu ümumi tikinti prosedurlarına uyğun şəkildə daşınan evlərin istehsalı tam insan əməyindən istifadə edilir

Evlərin su və kanalizasiya,elektrik sisteminin quraşdılması və işi necə təmin edilir?

İstehsal etdiyimiz evlərdə elektrik xətti mütləq şəkildə olur. Sifarişə görə kanalizasiya və su xətti də çəkilir.

İstehsal etdiyiniz evlərdə isitmə və havalandırma sistemi necə tənzimlənib?

Daşınan evlərdə təbii havalandırma və  kondisioner sistemi daha çox istifadə edilir.

Sizin istehsal etdiyiniz evlərin başqa bu tip evlərdən fərqi və üstünlüyü nədir?

Daşınan beton evlər başqa evlərdən bir çox fərqli üstünlüyü var: Daşınan evlər ağır konstruksiya dəmirlə yığılır,çöl divar səthi dekorativ beton panellə yığışdığı üçün daha etibarlı və təhlükəsizdir.Bu evlər isti və soyuğu daxili hissəyə keçmir,istənilən iqlim şəraitinin təsiri bu evlərə ziyan vurmur ən əsas üstünlüyü isə  zəlzələyə davamlıdır.