MÜSAHİBƏ

26 Fevral

Orxan Səfərzadə: Hazırda, yenidənqurma, abadlaşdırma dövründə şüşə emalına ehtiyacımız çoxdur

Azərbaycanda  şüşə istehsalı və emalı sənaye inkişafında mühüm iqtisadi əhəmiyyətə malikdir. Bildiyimiz kimi, 18 yanvar 2021-ci ildə prezident İlham Əliyev Sumqayıtda  Kimya Sənaye Parkında "Azerfloat" QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib. Bu zavodun ölkəmizdə mövcud olan şüşə emalı zavodları üçün hansı əhəmiyyətə malik olması və zavodun iqtisadi əhəmiyyətliliyi barədə "GlassMan " şüşə emalı zavodunun baş direktoru Orxan Səfərzadə fins.az-a müsahibə verib. 

Azərbaycanda şüşə emalı sahəsində hansı problemlər var?

Son illər Azərbaycanda sənayə sahəsində böyük inkişaf strategiyası baş verir. Bu sənayə sahələrindən biridə şüşə emalıdır. 2010-cu ildən buyana sənayə sahəsində xeyli irəliləyişlər olmuşdur. Bütün sahələr kimi şüşə emalı sənayəsində də inkişaf özünü göstərməkdədir. Düzdür, şüşə emalı sahəsində olan irəliləyiş digər sənayə sahələrindən hələki çox geridə qalır. Halbuki hazırda, yenidənqurma, abadlaşdırma dövründə şüşə emalına ehtiyacımız çoxdur. Azad edilən torpaqlarımızda abadlıq işləri zamanıda xeyli sayda şüşəyə təlabat olacaq. Əvvəllər SSRİ dövründə xaricə şüşə istehsal edən Azərbaycan hazırki vəziyyətdə xaricdən şüşə idxal edir. Buna səbəb isə əvvəllər olan böyük şüşə zavodlarının fəaliyyətini dayandırmasıdır. Və hazırda çox az sayda və kiçik sexlər şəklində şüşə istehsal zavodlarımız var və bunlarda da şüşənin materialı, keyfiyyəti qaneedici olmamasıdır. Əslində ölkəmizə bu sahəni inkişaf etdirmək üçün yetəri qədər xammal var. Lakin, mütəxəssis çatışmazlığı problemlərə səbəb olur.

 Bu günlərdə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan şüşə zavodu bu sahədə hansı problemlərin həllinə kömək  edəcək?

18 yanvar 2021-ci ildə prezident İlham Əliyev Sumqayıtda  Kimya Sənaye Parkında "Azerfloat" QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışını etdi. “Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Hal-hazırda ölkədə vərəqə şüşələrə olan tələbat tamamilə idxal məhsulları hesabına təmin edilir. Vərəqə şüşə şəffaf və ya rəngli, eyni zamanda, kiçik və böyük ölçülərdə istehsal olunur. Həmçinin, bu şirkətdə bir çox mütəxəssislər işlə təmin ediləcək. Şüşə sənayəsində olan bu cür inkişaflar çox yaxşıdır. Gələcəkdə bu inkişafların bizim şirkətədə təsir edəcəyini düşünürük.

Şüşənin xarici ölkələrdə idxalı ölkədə emal edilən şüşənin qiymətinə çox təsir edir?

Bu məsələ barəsində onu demək olar ki, çox güman təsiri olacaq. Ucuzlaşma baş verecek, amma əlbəttəki bu xamallada bağlıdır. Xammal və mütəxəssislər xaricdən gəlsə, rüsumlar nəzərə alınsa xaricdən gələn hazır mallar daha sərfəli qiymətə ola bilər. Bunu gələcək göstərəcək.

Hazırda rəhbərlik etdiyiniz zavodun istehsal etdiyi məhsullar hansı sahələrdə istifadə edilir?

Emal etdiyimiz məhsullar demək olar ki, bütün sahələrdə istifadə olunur. Yaşayış və qeyri-yaşayış obyektlərinin cam balkonlarında, duş-kabinalarda, mebellərin üzərində bir sözlə şüşə və güzgü görə biləcəyiniz hər yerdə şirkətimizin emal etdiyi məhsullardan istifadə edilir.

Zavodunuz hansı xarici şüşə istehsalçıları ilə əməkdaşlıq edir və məhsuldarınızın keyfiyyəti dünya standartlarına uyğundur?

Şirkətimiz AGC Glass (Rusiya) və  Sahand Jam Mirror (İran) istehsalçıları ilə əməkdaşlıq edir. Keyfiyyətimiz də həmçinin dünya standartlarına uyğun olmasına çalışırıq.

Zavodunuzun  fəaliyyəti ilə bağlı hansı yenilikləri etməyi planlaşdırsınız?

Daha yüksək səviyyəli texnologiyalar gətirmək, mütəxəssislərimizi daha da çoxaltmaq kimi gələcək planlarımız var. Həmçinin gələcəkdə hər növ şüşə emalını daha da artırıb, hətta xaricə ixrac etməyidə düşünürük.

Məhz sizin istehsal etdiyiniz şüşələrin istifadə edildiyi hansı layihələr yaxud irimiqyaslı tikililər var?

Şirkətimizin məhsulları bir çox böyük layihələrdə və iri mebel fabriklərində istifadə edilib və edilməkdədir. Keyfiyyətimiz seçilməyimizə səbəb olur. Bu kimi layihələrdən "Azəriqaz", iri mebel fabriklərindən isə "Embawood"-un adlarını çəkmək olar. Şirkətimiz çox mərtəbəli yaşayış binaları, böyük ticarət obyektləri, banklar və s. kimi istənilən obyektlər üçün müxtəlif növ şüşə emal edir. Hədəfimiz daha yüksəklərdir.

Müəllif: Aynur Qəniyeva