MÜSAHİBƏ

15 Fevral

Kamran Məmmədov: İnsanlara təqdim etdiyiniz vizit kartlar çox zaman zibil qutusuna gedir

Ölkəmizdə müxtəlif biznes sahələrində müasir innovasiyaların tətbiqi daha böyük biznes uğurlarının əldə olunmasını stimullaşdırır. Azərbaycanda yenilik hesab olunan innavasion Mycontact layihəsinin rəhbəri Kamran Məmmədovun Fins.az-a müsahibəsini təqdim edirik.

Mycontact nədir? Hansı istiqamətdə fəaliyyət göstərir?

Mycontact  Azərbaycanda ilk ağıllı biznes kart layihəsidir. MyContact tək biznes sahəsində fəaliyyət göstərən insanlar üçün deyil, hərkəs üçün nəzərdə tutulmuşdur. Hər zaman istifadə etdiyimiz kağız biznes kartların təkminləşmiş və elektronlaşdırılmış versiyasıdır.

Mycontact-ın hansı faydalı xüsusiyyətləri var?

MyContact digər öyrəşdiyimiz adi kağız vizit kartlardan fərqli olaraq həm daha peşəkarlıq həm də daha az xərc tələb edir. MyContact kartınızı smartfona toxundurmanız kifayət edir ki, əlavə etdiyiniz şəxsi məlumatlarınız bir saniyə içində telefonun ekranında açılsın və həmin şəxs məlumatları telefonun əlaqələr bölməsinə əlavə etməsi üçün sadəcə yüklə düyməsini basması kifayətdir. Bundan başqa kart üzərində əlavə olaraq QR kod da yerləşdirilir. Hansı ki, köhnə mobil cihazlar da QR kod ilə telefondakı məlumatlarınızı oxuya bilir.

Gəlin qəbul edək ki, hər hansı bir iş görüşü zamanı ətrafımızı və sahəmizi genişləndirmək üçün mütləq dərəcədə yanımızda olmasına ehtiyac duyduğumuz ilk şey vizit kartdır. Bu o kartdır  ki, bizi hər dəfə əlavə xərc etməyə məcbur edir və həmçinin sizə bir şeyi tam səmimi etiraf edim ki, insanlara təqdim etdiyiniz vizit kartlar çox zaman zibil qutusuna gedir. Nəticədə həm xərcə düşürsünüz həm də insanların yaddaşında yalnız görüş zamanı salam verib keçən bir insan kimi xatırlanırsınız.

 Dünyada Mycontact-ın alternativləri mövcuddur? Və Mycontact-ın əsas üstün xüsusiyyətləri nədir?

Ümumiyyətlə bu sahədə hazırda çox az sayda şirkətlər fəaliyyət göstərir. Bu sistem həqiqətən də məsrəfli bir sistemdir. Qürurla deyə bilərəm ki, MyContact yerli şirkət olaraq digər ölkələrədə fəaliyyət göstərən azsayılı xarici şirkətlərdən daha sərfəli qiymətə keyfiyyətli sistem və xidmət təklif edir.

Fəaliyyət arealınız Bakı ilə məhdudlaşır yoxsa regionlarda və xarici ölkələrdə də şöbələriniz var?

Bəli, hazırda regionlara çatdırılma xidməti üzərində çalışırıq. Həmçinin yaxın zamanda regiona da tam açılmağı planlaşdırırıq. Yerli şirkət olaraq beynəlxalq arenaya da sərfəli qiymətlərlə çıxmaq da gələcək planlara daxildir. Açıq deyə bilərəm ki, fikrimdəki ölkələr arasında ilk Gürcüstan və Türkiyədir. Lakin hazırda əsas prioretimiz Azərbaycandır. Mənə görə beynəlxalq arenaya çıxmaq o qədər vacib deyil. Öz vətənimdə insanlara xeyirli və faydalı ola bilirəmsə, bu mənim üçün beynəlxalq arenaya  çıxmaqdan dəfələrlə daha çox sevinc verir.

 Mycontact-ın təklif etdiyi xidmətlərin sayının çoxaldılacaq və yeniliklər ediləcək yoxsa bu bitkin bir layihədir?

MyContact çox böyük bir layihədir. Yaxın aylarda gələcək olan surpriz yeniliklər var.

Əsas hədəflər nədir hansı ki, məhz onları həyata keçirdikdən sonra dəyişiklik etmək barədə fikirləşəcəksiniz?

Mən yeniliyi sevən bir insanam və daima bu sahədə tədqiqat aparıram. Çox layihələr və ideyalarım var hansı ki bir çoxunu həyata keçirmişəm. Doğrudur onların içində uğursuz olanı da olub lakin hazırda iki böyük layihəni idarə edirəm və kifayət qədər tanınmış layihələrdir. Dəyişikliyi sevirəm, dəyişiklik olmazsa inkişaf olmaz. Hədəflərim çoxdur lakin bir hədəfə çatmadan növbəti hədəf haqqında düşünmək istəmirəm

Müəllif: Aynur Qəniyeva