MÜSAHİBƏ

21 Yanvar

Azər Məmmədov: Şirkətlərlə istifadəçilər arasında özəl yazışma mexanizmi tətbiq olunacaq

Ölkəmizdə yeni xidmət növü hesab olunan fikirbildir.az saytı fəaliyyətə başlayıb. Yeni yaranan platforma müxtəlif xidmət sahələrində fəaliyyət göstərən şirkətləri müqaisə edərək şəxsin istək və tələblərinə uyğun olan şirkəti seçməyinə yardımçı olur. Platformanın həmtəsisçi və icraçı direktoru  Azər Məmmədovun fins.az-a müsahibəsini təqdim edirik. 

- Fikirbildir.az platformasının əsas məqsədi və fəaliyyət istiqamətləri nədir?

- Səhifə, sifarişçiləri və onların bağlamalarını xarici ölkələrdən gətirən karqo şirkətlərini birləşdirən müasir bir platformadır (hal hazırda belədir, gələcəkdə fərqli sektor şirkətləri ilə onların müştərilərini də platformamızda birləşdirmək planlaşdırılıb). Bu layihənin əsas məqsədi  istifadəçilərlə şirkətlər arasında bir körpü rolunu oynamaq və Azərbaycanın ilk və ən böyük fikirlər platformasını yaratmaqdır. Bu həm istifadəçilər üçün, həm də şirkətlər üçün mühüm məsələlərin həllini bir qədər sadələşdirmək və rahatlıq prinsiplərini özündə əks etdirmək xarakteri daşıyacaqdır.

- Platformanın hansı faydalı xüsusiyyətləri var ?

- Səhifədən istifadəçilər üçün:

a) bağlamaları üçün ən uyğun qiymətə karqo şirkətini rahat şəkildə seçə biləcəklər:

- Hansı ölkədən gətirməsinə görə

- Çatdırılma şəhərinə görə

- Bağlamanın növünə görə

- Sığorta xidməti təklifinə görə

- Təcili sifariş funksiyası təklifinə görə

- Bağlama birləşdirmə xidməti təklifinə görə və s.;

b) Sifarişçilərın bağlamanın gətirilməsi üçün karqo şirkəti seçərkən onların reytinqlərinə (digər sifarişçilərin daha əvvəl verdiyi sifarişlərin nəticəsinə görə verdiyi qiymətləndirmə - daşınmanın qiyməti, sürəti və xidmətin keyfiyyətinə görə) və digər istifadəçilərin fikirlərinə baxaraq qərar vermə imkanı olacaq

Səhifə ilə əməkdaşlıq edən şirkətlər üçün:

a) cari müştərilərinin narazılığını aradan qaldırmaq imkanına malik olacaqlar;

b) yeni müştərilərlə işləmə imkanı əldə edəcəklər;

c) müştəri məmnuniyyəti prinsiplərini qorumaq üçün şikayətlərə, rəylərə və təkliflərə həll yolları tapmaq imkanı qazanacaqlar

- Hazırda əməkdaşlıq etdiyiniz şirkətlər hansı sahədə fəaliyyət göstərir?

- Sürətli poçt daşımacılıq xidməti göstərən daşıyıcı (Karqo) şirkətlər.

- İnsanlar Fikirbildir.az saytına niyə daxil olmalıdır?

- Hər hansı bir sektorda fəaliyyət göstərən şirkətlərin çoxluğu əksər hallarda düzgün qərar verməyə mane olur. Bizim saytda həm bazarda fəaliyyət göstərən şirkətləri tanımaq mümkündür, həm də digər istifadəçilərin bu şirkətlər haqqında yazdıqları fikirlərə əsaslanaraq sağlam seçim etmək.

- Şirkətlərlə gələcəkdə necə əməkdaşlıq etməyi planlaşdırırsınız?

- Əməkdaşlıq şirkətlərin platformamızda əks olunması, hesablayıcıda tariflərinin daxil edilməsi, daxil olan fikirlərin rəsmi olaraq cavablandırılması və bu kimi məqamlar əsasında planlaşdırılır.

- Hansı  yeni funksiyalar əlavə olunacaq və platforma necə  inkişaf etdiriləcək?

- Platformada xəbərdarlıq sistemi qoşulacaq, yəni fikirlərə yazılan rəylər və cavablar şəxsi paneldən daha rahat idarə olunacaq. Şirkətlərə verilən reytinq (ulduzlar) daha da təkmilləşdiriləcək. Şirkətlərə sosial səhifələrində yerləşdirmələri üçün FikirBildir reytinq nişanı təqdim ediləcək. Şikətlərlə istifadəçriləri arasında özəl yazışma mexanizmi tətbiq olunacaq. Və s.

- Hazırda platformada yalnız xarici mağazalar yerləşdirib gələcəkdə Azərbaycanın onlayn mağazaları ilə də əməkdaşlıq mümkündür?

- Bəli mümkün olacaq.

- Saytda istifadəçilər tərəfindən yazılan fikirlər filterlənib yayımlanır yoxsa yazılan bütün fikirlər dərhal saytda yayımlanır?

- Müəyyən etik normaların və qanunvericiliyin tələblərinin gözlənməsi məqsədilə yazılan fikirlər nəzərdən keçirilir. Qalan bütün hallarda fikirlərin yayımlanmasında heç bir məhdudiyyət yoxdur.

- Səhifədə “Hesablayıcı” nədir?

- Hesablayıcı vasitəsilə sifarişin ölkəsinə, çəkisinə və digər parametrlərinə görə müvafiq karqo şirkəti seçmək mümkündür. Nəticədə görünən karqo şirkətləri təklif etdikləri qiymət və 5 ulduz üzərindən reytinqinə görə fərqlənir.

Müəllif: Aynur Qəniyeva