MÜSAHİBƏ

13 Oktyabr

Malik Rəşidov: Hazırda, vəziyyət dünya miqyası ilə müqayisədə elə də yaxşı deyil

Pandemiya dövründə karantin rejimin tətbiqi eyni zamanda  biznesin və həyatı tələbatların  dəyişməsi biznes subyektlərinin fəaliyyət istiqamətini onlayn xidmət və bu kimi məsafədən xidmətlə bağlı dəyişmiş oldu. Fins.az biznes subyeklərinin informasiya texnologiyalarına tələbatı və bu yöndə həyata keçirdiyi tədbirlərlə bağlı Ultra Technologies şirkəti, Marketinq komandasının rəhbəri Malik Rəşidovun müsahibəsini təqdim edir. 

Pandemiyadan öncə sahibkarların çox hissəsi hesab edirdi ki, sahibi olduğu şirkətin sosial şəbəkələrdə hesabının olması vacib deyil ancaq pandemiya dövründə onlayn fəaliyyətə önəm yarandığından tələblər dəyişdi, hazırda bu sahədə vəziyyət necədir?

Pandemiyadan öncə sahibkarların əksəriyyəti mövcud müştəri bazası ilə çalışmağa və onlara xidmət göstərməklə fəaliyyətlərini icra edirdilər. Yalnız pandemiya iş yerlərinin fiziki fəaliyyətininin qarşısını aldığına görə onlayn xidmət göstərmək, məhsul və xidmətləri internet üzərindən potensial alıcılara çatdırmağa məcbur etdi. Effektivlik cəhətdən və eyni zamanda alıcılara daha asan yolla çıxmaq üçün sosial şəbəkə üzərindən reklam və informativ məlumatların paylaşımlarına ehtiyac duyuldu. Hazırda, vəziyyət dünya miqyası ilə müqayisədə elə də yaxşı deyil. Amma sevindirici hal var və bu da odur ki, vaxtıkən heç səhifəsi olmayan şirkət və xidmət obyektlərinin artıq sosial şəbəkə hesabları var və onlar onlayn satışlar istiqamətində irəliləyiş ediblər.

Şirkətlərin onlayn biznesə yönəlməsi bu sahədə İT şirkətləri üçün hansı yeni tələblər yaradıb?

Mövcud vəziyyətdə onlayn biznes dediyimiz əfsuslar olsun ki, e-kommersiya platformaları, müştəri məmnuniyyətləri platformaları deyil. Belə olardısa İT şirkətlərin də satış və xidmət imkanları genişlənərdi. Hazırki vəziyyət SMM agentliklərin, fərdi influserlərin, marketinq agentliklərin azacıq müştəri bazasını artırmışdır.

Biznes subyektləri tərəfindən  aplication-ların sifarişi yaxud bu yöndə başqa nə kimi müraciətlər olur?

Yerli bazarı təhlil etdikdə görə bilərik ki, pandemiya dövründə əsasən yemək sifarişi, onlayn çatdırılma, geyim və bank xidmətləri sahəsində yeni mobil tətbiqlər yarandı. Xarici ölkələrdə isə bunlardan savayı daha geniş imkanlara sahib xidmətlər yaranmışdı. Hətta, sosial tipli mobil tətbiqlər yaradaraq, köməyə ehtiyacı olan insanlara maddi ianələr,qidalanması üçün yardımların çatdırılması və s. Dünya üzrə ümumi təhlil isə göstərir ki, ən çox restoran xidmətləri və yemək sifarişi çatdırılması tətbiqləri daha çox yaradılmışdır. Əminliklə deyə bilərəm ki, pandemiyanın öncədən uzunmüddətli olacağı bilinsəydi yaradılacaq xidmətlərin sayı qat-qat çox olacaqdı.

 

Pandemiya şirkətlərin İT sahəsində tələblərini hansı yöndə dəyişib?

Pandemiya şirkətlərin onlayn çalışmasına və onlarda “homeoffice” anlayışını yaratmağa təkan verdi. Şirkətlər əvvəlki iş fəallıqlarını yeni formatda qurmağa başladılar. İclas və görüşlərin video konrans formatında keçirilməsi, “helpdesk” xidmətlərinin artıq tam online edilməsi, bulud texnologiyalarından istifadə edən platformalara keçid, mobil tətbiqlərdən istifadə, elektron sənəd dövriyyəsinə ehtiyacın yaranması, elektron imzadan istifadənin artırılması, tapşırıqların idarəolunması üçün onlayn platformalardan istifadə, Agile platformalarına keçid və s. numunələr çəkmək olar.  Misal çəkdiyim hər bir həllin proqram təminatının çalışması üçün şirkətlərin texnoloji bazalarının yenilənməsi və ya tam yeni məhsulların almasına tələb yaratmışdır.

Müəllif: Aynur Qəniyeva