Sığorta eksperti İlkin İbrahimovla son günlər sözügedən bazarda baş verən yenilikləri və gözləntiləri müzakirə etdik. Müsahibəni təqdim edirik:
- Sığorta şirkətlərinin son renkinqi ilə bağlı nə deyə bilərsiniz?
- Açığı, bu qədər artım və ödənişə bank sahəsində olduğu kimi, sığorta sahəsinin ekspertləri də bir qədər şübhəli yanaşır.
2014-cü ildə ölkə başçısının fərmanı ilə vətəndaşlarla sıx təmasda olan dövlət strukturlarında "ictimai şura"ların yaradılması barədə fərman imzalandı. Bundan sonra ƏƏSMN, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyinin tərkibində "ictimai şuralar" yaradıldı. Təssüflər olsun ki, bu barədə Mərkəzi Banka bir neçə dəfə müraciət etsək də, təklif yalnız müzakirə olundu.
- Bəzi sahələrdə pandemiya ilə əlaqədar sığorta ödənişləri edilməyib. Bu, sığorta bazarına gələcəkdə necə təsir edə bilər?
- Sığorta ödənişlərinin edilməməsi sığorta sektorunda bumeranq effekti yaradır. Yəni vətəndaş nə qədər geniş dairədə ödənişi görürsə, buna cavab olaraq sığorta məhsullarını da daha çox əldə edir.
- Pandemiya sığorta şirkətlərinə az-çox zərbə vurub. Ən çox hansı şirkətin vəziyyəti yaxşı deyil?
- Pandemiya daha zəif sığorta şirkətlərinə (yığımları daha az olan) daha təsirli zərər vurub. Əlbəttə ki, belə məqamda nəzarətedici orqan daha çox görünməlidir.
- Son günlər sığorta şirkətlərində kadr dəyişikliyi müşahidə olunur. Sizcə, daha hansı təyinatlar olacaq?
- Kadr dəyişikliyi özəl sığorta şirkətləri olduğundan Səhmdarın və ya səhmdarların qərarından daha çox asılı olur. Ona görə də kadr dəyişikliyindən nəsə gözləmək hələ ki yersizdir.
- Sığorta şirkətlərində yeni təyinat prosesi necə olur? Səsvermə, yoxsa tanışlıq, qohumluq əlaqələri rol oynayır?
- Ümumiyyətlə, ölkəmizdəki sığorta şirkətlərinin kadrları daha çox ya şəxsi tanışlıqla, ya da holdinqin içərisindən təyin edilir.
- Azərbaycan sığorta bazarına pandemiyadan sonrakı böhran vəziyyətindən çıxmaq üçün nə qədər vaxt tələb olunacaq?
- Ümumiyyətlə bizim sığorta sektoru dünyadakı sığorta sektorundan əsaslı fərqlənir. Bizdə daha az riskli və icbari sığorta məhsulları vətəndaşlara təklif olunduğundan sığorta sektoru böhranı daha az hiss edir. Bizdə ən tez şəkildə böhrandan çıxış yolu sığorta peşəkarlarının sözlərinin eşidilməsindən asılıdır.
Tuncay Türbəndəzadə