Fins.az Azercell Telekom MMC-
Sizin “Azercell”-lə rəhbərlik etdiyiniz son 3 ildə daha çox hansı fəaliyyət istiqamətində nəzərəçarpacaq inkişafa nail olunub?
- “Uzunmüddətli uğur ilk növbədə düzgün strategiyaya əsaslanır”. Belə ki, Azercell ölkə əhalisinin əksəriyyətinin seçimi və yerli telekommunikasiya sektorunun lideri olmasına baxmayaraq, yeni bağlantı erasında transformasiya etməyi zəruri hesab etdi. Azercell artıq rəqəmsallığı gündəlik proseslərində və düşüncə tərzində əks etdirən, inkişaf yolunda dəyişkənliyə çevik bir şirkət olaraq abunəçilərinin qarşısına çıxır. Bu transformasiya Azercell ilə abunəçilər arasında illərlə formalaşan mövcud emosional bağı möhkəmləndirməyə vəsilə olacaq. 4.5 milyon nəfərdən çox istifadəçinin seçimi olan Azercell şirkəti Azərbaycanın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək məqsədilə ölkə boyu 4G şəbəkəsini gücləndirdi və genişləndirdi. Yeni brend kimliyi ilə abunəçiləri üçün rəqəmsal dünyanın sonsuz imkamlarını açan Azercell, müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi.
Cəmiyyətin rəqəmsallaşmasına doğru ən əhəmiyyətli addımlarından biri kimi bir neçə ay öncə Azercell-in ölkədə ilk 5G pilot şəbəkəsini istifadəyə verməsi oldu. Saniyədə 1.1Gbit-ə qədər ötürmə və yükləmə sürətini mümkün edən 5G şəbəkəsi artıq Fəvvarələr Meydanı və Nizami küçəsinin bir hissəsində abunəçilərin pulsuz olaraq istifadəsinə təqdim edildi.
Azercell 2018-ci ilin sonlarından yüksək keyfiyyətli 4G texnologiyasının ölkə regionları boyu yayılmasına daha güclü təkan verərək 2018-ci ilin sonlarından 2019-cu ilin sonuna qədər şəbəkənin respublika üzrə coğrafi əhatəsini 366%, əhali əhatəsini isə 120% artırmış oldu. Bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin, istifadə həcminin də artmasına şərait yaratdı: Azercell şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304% artdı. “Systemics” Avropa şirkəti Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində Azercell-in bölgələrdə 4G texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə yüklənməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib.
Gələcəkdə “Azercell”-in səhmlərinin hər hansı yerli yaxud xarici şirkətə satılması mümkündür?
- Belə bir addım planlaşdırılmır
5G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi cari ildə hansı istiqamətdə planlaşdırılır? Bu ilin sonunda bu şəbəkə paytaxtı tam əhatə edəcək? Sonrakı mərhələdə hansı işlər görüləcəyi nəzərdə tutulur?
- 2020-də bütün Azərbaycan kəndləri üzrə 623 ədəd 4G stansiya qurulması planlaşdırılır (Naxçıvan xaric). 2020-də 5G şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulmayıb.
010 prefiksin nə zaman istifadəyə veriləcək ?
-Azercell ən qısa zamanda 010 prefiksini çox sərfəli paket və seçim imkanı ilə abunəçilərinin istifadəsinə təqdim edəcək. Azercell şirkəti öz xidmətləri, şəbəkəsi və nömrələri ilə bağlı istənilən dəyişiklik və yenilikləri barədə istifadəçilərini öncədən rəsmi şəkildə məlumatlandıracaq (bu sual mətbuat konfransında cavablanmışdı)
4G-nin nə zaman metroda işləyəcək?
- Artıq Fevral ayının əvvələrindən etirbarən keyfiyətli 4G bağlantısı Elmlər Akademiyası stansiyasında təmin olunub. Mart ayının sonuna qədər Nizami, 28 May və Gənclik 4G şəbəkəsinin təmin edilməsi nəzərdə tutulur. Digər stansiyalarda 4G şəbəkəsi quraşdırıldıqca təhvil veriləcəkdir.
Bu yaxınlarda Sim abunəçiləri üçün mobil ödəniş istəfadəyə verildi.Mobil ödəniş fakturalı xətt abunəçiləri üçün nə zaman əlçatan olacaq?
- Xidməti abunəçilərimizin ixtiyarına tez bir zamanda təqdim edə bilmək üçün fərqli texniki tətbiqetmə və inteqrasiya tələb edən layihəni 2 mərhələyə bölmək qərarına gəldik. Qeyd edək ki, istifadəçilərimizin 90%-i fakturasız xətt abunəçiləridir və qarşımızda duran əsas vəzifə - xidməti ilk növbədə onlara təqdim etmək idi. Hazırda üzərində çalışdığımız əsas məsələlərdən biri də elə abunəçilərdən daxil olan geridönüşlərə əsasən bu xidmətin fakturalı xətt istifadəçiləri üçün tətbiqi və qoşulmuş servislərin artırılmasına dair planlardır. 2-ci mərhələ tezliklə başa çatacaq və beləliklə, fakturalı xətt abunəçilərimiz də bu xidmətdən istifadə edə biləcəklər.
İctimai nəqliyyatda mobil ödənişlərin tətbiqi gözlənilir? Şirkət bu istiqamətdə hər hansı addımlar atır?
- Bu istiqamətdə niyyətimiz və planlarımız var, amma həyata keçirilməsi üçün tək mobil operator deyil, digər partnyorun da rolu böyükdür
Müəllif: Aynur Qəniyeva