MARKETİNQ

24 İyul

Stavropol sahibkarlarının Azərbaycana biznes-missiyası təşkil olunub

Ötən həftə Rusiya Federasiyasının Stavropol diyarından olan sahibkarların iştirakı ilə Azərbaycana iki günlük biznes-missiya təşkil olunub.

Fins.az xəbər verir ki, nümayəndə heyətinə tikinti qəlibləri, qənnadı məmulatları və kənd təsərrüfatı avadanlıqları tədarükçüləri daxil olub.

Tədbirin konsepsiyası Azərbaycanın tikinti, kənd təsərrüfatı və istehsal şirkətləri ilə daha ətraflı tanışlığın təşkili, həmçinin işgüzar əlaqələrin qurulması və məhsuldar əməkdaşlıq üçün yeni tərəfdaşların axtarışını əhatə edib.

Hazırda Stavropol şirkətlərinin məhsullarının Azərbaycana ixracı məsələləri üzrə gələcək əməkdaşlığa dair sazişlər hazırlanır.