MARKETİNQ

25 Aprel

Azərbaycanda “TEFAL Supergrill XL” tost və qızartma neçəyə satılır? - SİYAHI - FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında (onlayn mağazalar daxil) “TEFAL Supergrill XL” tost və qızartma müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “TEFAL Supergrill XL” tost və qızartmanın aprelin 25-nə təyin olan nəğd satış qiymətləri arasında ucuz “Bermud”, baha isə “Baku Electronics” mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 127.99 manat təşkil edir.

“TEFAL Supergrill XL” tost və qızartmanın ümumi xüsusiyyətlərinə görə gücü 2400 Vt, o cümlədən proqram və funksiyalar baxımından termostat, ət bişirimi, 180° qrill, yapışmayan səth, çıxarılabilən sini qablar və başqa özəlliklərə malikdir.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

“Bermud”
Nəğd qiyməti: 412 AZN

“Umico”
Nəğd qiyməti: 489 AZN

“Soliton”
Nəğd qiyməti: 489.99 AZN

“Baku Electronics”
Nəğd qiyməti: 539.99 AZN

Fuad Mədətov
Fins.az