MARKETİNQ

19 Aprel

Azərbaycanda “Xiaomi Redmi Note 11” smartfonu neçəyə satılır? - SİYAHI - FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında (onlayn mağazalar daxil) “Xiaomi Redmi Note 11 4/128 GB” smartfonu müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “Xiaomi Redmi Note 11 4/128 GB” smartfonun aprelin 19-nə təyin olan nəğd satış qiymətləri arasında ucuz “Maxi”, baha isə “Baku Electronics” və “İrşad Electronics” mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 104.87 manat təşkil edir.

2022-ci il istehsalı olan “Xiaomi Redmi Note 11 4/128 GB” smartfonun yaddaşı 128GB olmaqla yanaşı, ümumi xüsusiyyətlərinə görə əməliyyat sistemi “Android 11”, prosessor sürəti “2.4 GHz”, prosessorların sayı 8, SIM kart “Dual” və 4G şəbəkəsini dəstəkləyir.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

“Maxi”
Nəğd qiyməti: 395.12 AZN

“WorldTelecom”
Nəğd qiyməti: 469 AZN

“Kontakt Home”
Nəğd qiyməti: 469.99 AZN

“Baku Electronics”
Nəğd qiyməti: 499.99 AZN

“İrşad Electronics”
Nəğd qiyməti: 499.99 AZN

Fuad Mədətov
Fins.az