MARKETİNQ

17 Aprel

Azərbaycanda “Panasonic” mikrodalğalı soba neçəyə satılır? - SİYAHI - FOTO

Azərbaycanda fəaliyyət göstərən bəzi məişət texnikaları mağazalarında (onlayn mağazalar daxil) “Panasonic NN-GT264MZPE” mikrodalğalı soba müxtəlif qiymətlərlə satışa çıxarılıb.

Fins.az xəbər verir ki, “Panasonic NN-GT264MZPE” mikrodalğalı sobanın aprelin 17-nə təyin olan nəğd satış qiymətləri arasında ucuz “ElectroStore” və “SmartOn”, baha isə “İrşad Electronics” mağazalar şəbəkəsindən əldə etmək olar.

Adıçəkilən mağazalar arasındakı qiymət fərqi 70.99 manat təşkil edir.

Yaponiya istehsalı olan “Panasonic NN-GT264MZPE” mikrodalğalı sobanın ümumi xüsusiyyətlərinə görə avtomatik əritmə funksiyası, idarəetmə sistemi elektron (sensor), tutum 20 (lt), gücü 800 Vt, o cümlədən qril gücü 1000 Vt, qril növü kvars, ölçüləri 443x258x340 mm və başqa üstünlüklərə malikdir.

Mağazalardakı qiymətləri aşağıdakı siyahıda ən ucuzdan bahaya doğru sıralanıb:

“ElectroStore”
Nəğd qiyməti: 209 AZN

“SmartOn”
Nəğd qiyməti: 209 AZN

“Kontakt Home”
Nəğd qiyməti: 209.99 AZN

“Soliton”
Nəğd qiyməti: 209.99 AZN

“Tecnolife”
Nəğd qiyməti: 209.99 AZN

“İrşad Electronics”
Nəğd: Qiymət 279.99 AZN

Fuad Mədətov
Fins.az