MARKETİNQ

11 Aprel

Dünyanın ən qabaqcıl robotu bacarığı ilə heyrətləndirib

Dünyanın ən qabaqcıl insanabənzər robotu olaraq xarakterizə edilən robot fərqli dillərdə danışıb. 

Fins.az "CNN"ə istinadən xəbər verir ki, "Ameca" adlı robot yapon, alman, çin və fransızca danışır.

Dil qabiliyyəti ilə heyran olan robot İngiltərədə yerləşən "Engineered Arts" şirkəti tərəfindən hazırlanıb.

İnsanabənzər robot müxtəlif dillərdə danışmaqla yanaşı, gözlərini qırpıb dodaqlarını büzə bilir.

Zəminə Hüseyn
Fins.az