MARKETİNQ

03 Aprel

"Microsoft Teams" yenilənib

Platformaya 3D avatarlara sürətli keçid kimi yeni xüsusiyyətlər əlavə edilib.

Bu barədə Fins.az "CNN"-ə istinadən xəbər verir.

Pandemiya dövrünün təsiri ilə daha geniş istifadə olunmağa başlayan və bu səbəbdən texnologiya dünyası üçün daha çox əhəmiyyət kəsb edən onlayn iş platformaları, həyatımıza yeni daxil olan süni intellekt və "MetaVerse" texnologiyaları sürətlə inkişaf etməyə davam edir. "Microsoft" da bu sahədə aparıcı şirkətlərdən biridir.

Bundan sonra Teams istifadəçiləri onlayn görüşlərdə özlərini təmsil etmək üçün fərdiləşdirilmiş avatarlar yaradacaq və onlayn görüşlərdə bu 3D avatarlardan istifadə edəcəklər. Belə ki, istifadəçilər kameralarını açmadan görüşdə şəxsi avatarları ilə təmsil oluna bilərlər.

Zəminə Hüseyn
Fins.az