MARKETİNQ

16 Mart

ABŞ TikTok-dan səhmlərini satmağı tələb edir

ABŞ, Çinin sosial media platforması olan TikTok-un sahibi ByteDance-dən öz səhmlərini satmağı tələb edib, əks halda tətbiqin ölkədə istifadəsi qadağan oluna bilər.

Bu barədə Fins.az Bloomberg-ə istinadən xəbər verir.

Wall Street Journal (WSJ) da verilən xəbərə görə, tələbin Xəzinədarlıq Departamentinin Xarici İnvestisiyalar Komitəsi (CFIUS) tərəfindən edildiyi bildirilib.

Xəbərdə TikTok tətbiqinin sahibi olan ByteDance-ın səhmlərinin 60 %nin qlobal investorlara, 20 %nin şirkət işçilərinə, qalan 20 %nin isə təsisçilərinə aid olduğunu qeyd edilib.

Zəminə Hüseyn
Fins.az