MARKETİNQ

15 Mart

Google-dan süni intellekt addımı

Google, bulud texnologiyaları sahəsində süni intellekt xidmətlərində Microsoft və OpenAI kimi rəqiblərindən geri qalması ilə bağlı mübarizədən sonra müştəriləri üçün bir sıra yeni süni intellekt xüsusiyyətləri açıqlayıb.

Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, təqdimat zamanı şirkət müştərilərinin təqdimatlar və satış təlimi sənədləri yaratmaq, görüşlər zamanı qeydlər aparmaq və həmkarlarına e-poçt qaralamaları yaratmaq üçün süni intellekt alətlərindən necə istifadə edə biləcəyini nümayiş etdirib.

Digər tərəfdən, Google bəzi əsas süni intellekt modellərini tərtibatçılara təqdim etdi ki, onlar inkişaf etdirdikləri texnologiyalardan istifadə edərək öz tətbiqlərini yarada bilsinlər.

Qeyd edək ki, Google-un ana şirkəti Alphabet, daha əvvəl, xüsusilə Chatbot-un tətbiqindən sonra süni intellekt sahəsində geri qalması və şirkətin səhmlərinin əhəmiyyətli dərəcədə dəyər itirməsi ilə bağlı narahatlıqlara səbəb olmuşdu.

Zəminə Hüseyn
Fins.az