MARKETİNQ

10 Yanvar

Eurovision-2020-nin rəsmi şəkildə yubiley dizayn və loqotipi təqdim edildi -Foto

Eurovision-2020-nin 65-ci yubileyi ilə bağlı olaraq müsabiqənin yeni loqotipi və dizaynı hazırlanıb.

Fins.az xəbər verir ki, müsabiqənin saytında verilən məlumata görə, yeni kimlik Niderlandın 11 müsabiqə işi arasından seçilib.

Qalib isə Clever Franke şirkəti olub. 2020-ci ildə tədbir Niderland şəhəri Rotterdamda keçiriləcək.

Yeni loqotipdə müsabiqədə iştirak edən 41 ölkənin bayraq rəngləri yer alıb. Dövlətlərin bayraq rəngləri isə onların müsabiqəyə qoşulma vaxtları prinsipi ilə yerləşdirilib. Tədbirə heç kimin qoşulmadığı vaxtlar isə ağ rənglə təsvir edilib. Yeni dizayn, həm müsabiqədə, həm də reklam kampaniyalarında istifadə olunacaq, - deyə Dezeen nəşri yazıb.

Clever Franke nümayəndəsinin nəşrə dediyinə və Eurovisionun saytında olan məlumata, əsasən loqotipin kimliyi Niderlanda əvvəllər təqdim edilmiş kimlik variantlarına əsaslanıb.

“Bu, dizayn Niderland dizaynının xarakterinə uyğundur, minimalist, eksperimental, innovativ”, - deyə Eurovision-2020-nin icraçı prodüseri Sitse Bakker deyib.