MARKETİNQ

08 Yanvar

“Uber” şirkəti “Uber Money” və “Uber Wallet” xidmətlərini işə salır

“Uber” şirkəti “Uber Money” xidmətini işə salır.

Fins.az xəbər verir ki, hal-hazırda bu xidmət yalnız ABŞ-da fəaliyyət göstərsə də, gələcəkdə layihə həmçinin digər ölkələrdə də reallaşdırılacaq. 

Sürücülərin gəlir və xərclərini izləmək üçün şirkət “Uber Wallet” İnternet cüzdanını işə salacaq. Yaxın bir neçə həftədə bu xidmət “Uber Driver” və “Uber Eats” tətbiqlərinə qoşulacaq.

Bundan əlavə, “Uber” “Barclay” ilə birlikdə kredit kartlarını satışa buraxmağı planlaşdırdığını bildirib.