MARKETİNQ

07 Yanvar

Biznes mələkləri ilə işiniz daha da asanlaşacaq

Biznes mələklərinin kim olduğunu bilirsizmi?

Fins.az  sizə biznes mələkləri və onların fəaliyyət istiqamətləri barədə məlumat verir:

Biznes mələkləri (Business Angel) – startapların çətin vaxtında onları düşdükləri durumdan çıxaran professional sərmayədarlara deyilir. Onlar müxtəlif sahələrdə uğur qazanmış sahibkarlardır. “Mələklər” perspektivinə inandıqları startap və ideyalara investisiya ayırırlar. Onlar inkişafın ilk mərhələsində yüksək riskləri üzərlərinə götürməklə startaplar üçün təkcə investor kimi deyil, həm də layihələrin mentoru kimi fəaliyyət göstərməyə hazırdırlar.

Biznes mələklərinin məqsədi perspektivli layihələri inkişaf etdirmək, dəyərlərini artırmaq, yüksək texnoloji məhsulları bazarda tanıdmaqdır. Bir startap real qazanc gətirməyə başlayanda, mələklər şirkətdəki paylarını satır və bu şəkildə gəlir əldə edirlər.

Çox az adam bilir ki, dünyaca məşhur onlarla şirkətə inkişafın ilkin mərhələsində məhz biznes mələkləri tərəfindən yardım edilib. Məsələn, onlar “Amazon”, “Google”, “Yahoo”, “Intel” və s. kimi şirkətlərə inanıb, inkişafına sərmayə ayırıblar.

Mələklərin kredit təşkilatları və vençur fondlarından əsas fərqi onların yalnız şəxsi kapitalla investisiya qoymasıdır. Onlar yeni layihələr üçün kifayət qədər açıqdırlar.

“Mələkləri hardan tapım” sualı üzərində düşünürsünüzsə, təklif və ideyalarınızı göndərə biləcəyiniz çoxlu veb-saytlar və e-poçt ünvanlar var. Mələklər innovasiya və biznes forumlarında iştirak edir, xüsusi assosiasiyalarda birləşirlər. Onların qapıları gənclər üçün açıqdır, texniki sərgilərə və ixtisaslaşdırılmış tədbirlərə baş çəkməkdən zövq alırlar. Azərbaycanda startapları yerli və xarici mələklərə yönəldərək onların inkişaf etməsinə dəstək verən İnnovasiyalar Agentliyi var.