Azərbaycan şirkətinə məxsus olan Gbaru.com platforması beynəlxalq miqyasda fəaliyyətini genişləndirərək, Türkiyə və Özbəkistandan sonra Avropa bazarına daxil olub.
Fins.az - Platforma Orta Avropa (Çexiya, Avstriya və Macarıstan) şirkətləri üçün yeni əməkdaşlıqlar imkanı yaradıb.
Gbaru.com yerli və beynəlxalq şirkətləri bir araya gətirən qlobal B2B təchizat platformasıdır.
Platforma vasitəsilə şirkətlər:
• Birbaşa biznes əlaqələri qurur
• Satınalma elanları və hərrac yerləşdirir
• Hərraclarda iştirak edir
• Məhsul və xidmətlərini beynəlxalq bazara çıxarır
• Kampaniya və vakansiyalar paylaşır
• Bank və maliyyə dəstəyi imkanlarından yararlanır
Avropaya açılım GBARU üçün yeni mərhələdir - artıq Asiya və Avropa şirkətləri birbiri ilə daha rahat və birbaşa əməkdaşlıq edəcək.
Platforma hər ay ən azı 2 yeni ölkədə təmsiliçilik vasitəsi ilə fəaliyyətini aktivləşdirəcəkdir.
Əlaqə: +99455 222 64 64
Sayt: gbaru.com


