IKT

18 Fevral

YouTube-da qlobal nasazlıq

Finss.az - Çərşənbə axşamı axşam və çərşənbə səhər saatlarında YouTube platformasında qlobal miqyasda nasazlıq qeydə alınıb.

Minlərlə istifadəçi video platformasına daxil olmaqda çətinlik çəkib.

Platformanın həm veb versiyasında, həm də mobil tətbiqində videoların yerinə “Nəsə səhv getdi” bildirişi göstərilib. Məşhur monitorinq xidməti Downdetector son bir saat ərzində 240 mindən çox nasazlıq hesabatı qeydə alındığını bildirib.

İstifadəçilər problemlə bağlı sosial şəbəkələrdə də fəallıq göstəriblər. Xüsusilə Reddit və X platformalarında çoxsaylı şikayətlər paylaşılıb.

Nasazlığın dəqiq səbəbi hələlik açıqlanmayıb. Alphabet Inc. (Google) şirkəti məsələ ilə bağlı göndərilən sorğuya operativ cavab verməyib.

Hazırda xidmətin mərhələli şəkildə bərpa olunduğu bildirilir.